az | ru | en

24 may 2021


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Azərbaycan Respublikasında 2021-ci il “Nizami Gəncəvi İli” elan edilmişdir.
Məktəblilər üçün muzey həftəsi layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib.
Ñari ilin 18-26 may tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci ilin “Nizami ili” elan olunması ilə bağlı olaraq həyata keçirilən “Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqramın məqsədi məktəbliləri Nizami irsi ilə tanış etməkdir.
Proqram çərçivəsində mayın 18-dən başlayaraq 26-dək hər gün Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyindəki Gəncə şəhər Nizami Gəncəvi adına muzey, Azərbaycan Xalça Muzeyinə, Milli İncəsənət Muzeyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə, AMEA-nın tabeliyində olan N.Gəncəvi adina Milli Azərbaycan Ədəbiyyati Muzeyinə, Milli Azərbaycan Tarixi Muzeyinə, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna, xarici ölkələrin muzeylərindən isə ABŞ konqres kitabxanasına və Moskva Şərq Dövlət Muzeyinə virtual ekskursiyalar təşkil edilmişdir.
2020-ci ildə olduğu kimi bu il də məktəblilər üçün “Muzey həftəsi” COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn formada Zoom platforması üzərindən həyata keçirilmişdir. Keçirilən onlayn bağlantılar Live canlı yayımı, Youtube və Facebook kimi sosial şəbəkələrdə yayımlanmışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Nizami Gəncəvi ili” çərçivəsində “Nizami və musiqi” beynəlxalq onlayn konfrans keçirilmiş, muzeyin zəngin kolleksiyaları əsasında “Nizami və musiqi” sərgisi hazırlanmışdır. Bu sərgi muzeyin zallarının birində nümayiş olunur.
Sevindirici haldır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (direktor Firuzə Sultan-zadə) bu sərgiyə böyük maraq göstərmişdir. Muzeydə nümayiş olunan “Nizami və musiqi” sərgisi üzrə məktəblilərə virtual ekskursiya və canlı yayım aparılmış, ayrı-ayrı eksponatlar haqqında ətraflı məlumatlar verilmişdir. Məktəblilər həm muzeylə, həm də Nizami irsi musiqidə mövzusu ilə tanış olublar. Bu tədbir məktəblilərin böyük maraqına səbəb oldu, onlar canlı efirdə çoxlu suallar verdilər. Ümimiyyətlə, belə proqramların məktəblilərin maariflənməsində böyük əhəmiyyəti var.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.