az | ru | en

17 may 2021
Beynəlxalq Muzeylər Günü


Bu gün muzeydə 18 may Beynəlxalq Muzeylər Günü qeyd edildi.
Muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Nizami və musiqi” sərgisinin açılışında çıxış edən direktor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova qeyd etdi ki, bu il Beynəlxalq Muzeylər Şurası (ICOM) 18 May Beynəlxalq Muzeylər Günü üçün “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” mövzusunu seçmişdir. Müasir dövrdə və gələcəkdə texnologiyalar və iş metodları nə qədər inkişaf etsə də, muzeyi kolleksiyalarsız təsəvvür etmək çətindir. Muzey kolleksiyalarının təqdimatı əvəzedilməz olaraq qalır. Çünki muzey kolleksiyaları dünyanın təbii tarixini və bəşəriyyətin tarixini, xalqların mədəni, elmi nailiyyətlərinin sənədli dəlili və sübutudur.
Alla Bayramova sərgidə nümayiş olunan ayrı- ayrı eksponatlar haqqında ətraflı məlumat verdi. Sərgiyə böyük maraqla baxıldı.
Sonra muzeyin Qədim Musiqi Alətləri Ansamblının virtual konserti təqdim edildi.
Tədbirdə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova çıxış edərək muzey əməkdaşlarını bayram münasibətilə təbrik etdi.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.