az | ru | en

17 may 2021


Bu il Beynəlxalq Muzeylər Şurası (ICOM) 18 May Beynəlxalq Muzeylər Günü üçün “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” mövzusunu seçmişdir. Müasir dövrdə və gələcəkdə texnologiyalar və iş metodları nə qədər inkişaf etsə də, muzeyi kolleksiyalarsız təsəvvür etmək çətindir. Muzey kolleksiyalarının təqdimatı əvəzedilməz olaraq qalır. Çünki muzey kolleksiyaları dünyanın təbii tarixini və bəşəriyyətin tarixini, xalqların mədəni, elmi nailiyyətlərinin sənədli dəlili və sübutudur. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi zəngin kolleksiyaları əsasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illliyi ilə əlaqədar “Nizami və musiqi” sərgisi hazırlamışdır. Sizə sərgini təqdim edirik.
“NİZAMİ VƏ MUSİQİ” SƏRGİSİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci il “Nizami Gəncəvi İli” elan edilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Nizami Gəncəvi ili” çərçivəsində “Nizami və musiqi” beynəlxalq onlayn konfrans və sərgi hazırlamışdır.
Nizami yaradıcılığı hər zaman Azərbaycan bəstəkarlarının və musiqişünaslarının diqqət mərkəzində olmuşdur. Dahi şairin əsərlərindən ilhamlanan bəstəkarlarımız onlarla əsər - opera, balet, süita, simfonik poema, romanslar yazmışlar. Nizami yaradıcılığına ilk müraciət edən Azərbaycan bəstəkarı Qara Qarayev olmuşdur. O, hələ Moskva konservatoriyasının tələbəsi olarkən, 1939-cu ilin iyul-avqust aylarında, səs və simfonik orkestr üçün üç təsnif yazmışdır – “Leyli”, “Şirin” və “Sarəncin təsnifi”. Bəstəkar tərəfindən istifadə olunan vokal partiyasının melodiyasını musiqişünas Məmmədsaleh İsmayılov görkəmli xanəndə Cabbar Qaryağdının səsindən yazmışdır. Təsniflərin partiturasının müəllif əlyazması (cəmi 30 səhifə) Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyində qorunub saxlanılır. Bu əlyazmaları muzeyə bəstəkarın qızı Züleyxa xanım Qarayeva-Bağırova 2021-ci ildə Nizaminin yubileyi şərəfinə təqdim etmişdir.
Həmçinin Niyazinin “Xosrov və Şirin” operası, Əfrasiyab Bədəlbəylinin “Nizami” operası, Qara Qarayevin “Leyli və Məcnun” simfonik-poeması, “Yeddi gözəl” baleti, Fikrət Əmirovun “Nizamiyə xatirə” simfoniyası, Soltan Hacıbəyovun “İsgəndər və çoban” uşaq operası, Tofiq Bakıxanovun “Xeyir və Şər” baleti və s. ilə yanaşı Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan”, Fikrət Əmirovun “Gülüm”, Şəfiqə Axundovanın “Nə gözəl”, Cahangir Cahangirovun “Gül camalın” və “Nazənin”, Ədilə Hüseynzadənin “Vəslin həvəsi”, Məmməd İsrafilzadənin “Hüsnün gözəl” romanslarını və başqalarını qeyd edə bilərik.
Muzeydə görkəmli bəstəkar və dirijor, SSRİ Xalq artisti Maestro Niyazinin Nizami Gəncəvinin eyniadlı əsəri əsasında 1942-ci ildə yazdığı “Xosrov və Şirin”operasına aid bəzi materiallar qorunur.
Qeyd edək ki, Niyazinin “Xosrov və Şirin” operasının partiturası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kitabxanasında saxlanılırdı. Operanın partiturasının muzey dəyəri olduğu üçün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin müraciəti ilə teatrın rəhbərliyi onu məmnuniyyətlə muzeyə vermişdi. Opera Teatrına partituranın surəti çıxarılıb verilmişdir.
Muzeyin zəngin kolleksiyalarında Nizami mövzusuna materiallar qorunub saxlanılan və “Nizami və musiqi” sərgisində nümayiş olunan eksponatlar:
Not əlyazmaları
1. Not əlyazması. Qara Qarayev “Leyli”, “Şirin”, “Sarəncin təsnifi”. 1939 DK ¹ 16804/1, DK ¹ 16804/2, DK ¹ 16804/3.
2. Not əlyazması. Niyazinin “Xosrov və Şirin“ operası. Partitura. 1941-ci il. DK ¹ 14722/66
3. Not əlyazması. Məmməd İsrafilzadə Nizaminin sözlərinə “Hüsnün gözəl” mahnısı. Xor və f-no üçün klavir. 1941. DK ¹ 16482/1
4. Not əlyazması. Şəfiqə Axundova. Romans."Neyçin qəmxar saxlarsan". Sözləri Nizami Gəncəvi. F-no və səs üçün. Partitura. 1956. DK ¹ 12528
Notlar (çap olunmuş)
5. Not. Üzeyir Hacıbəyovun Nizami Gəncəvinin 800 illiyinə həsr edilmiş "Sevgili canan" və “Sənsiz” romansları. Azərbaycan Dövət Musiqi Nəşriyyatı. Bakı. 1944 DK ¹
6. Not. Qara Qarayev.”Yeddi gözəl” baleti. Klavir. Muzıkalnıy fond SSSR, Moskva, 1954
7. Not. Qara Qarayev. “Leyli və Məcnun” simfonik poeması. Partitura. Azərbaycan Dövlət Musiqi Nəşriyyatı. Bakı. 1958
8. Not. Sevda Qurbanəliyeva. “Nizami Gəncəvinin poeziyası vokal musiqidə”, Elm və Təhsil Nəşriyyatı, Bakı, 2012
9. Not. Olqa Nikolskaya. “Lyubimaya”. Nizami Gəncəvinin sözlərinə romans. F-no və səs üçün. Azərbaycan Dövlət Musiqi Nəşriyyatı. Bakı, 1955
10. “Not. Olqa Nikolskaya. “Yedinstvennoy” Nizami Gəncəvinin sözlərinə romans. F-no və yüksək səs üçün. Rus dilində mətn. P. Pançenko. Muzıkalnıy fond SSSR, Moskva. 1955
11. Not. Əfrasiyab Bədəlbəyli. “Rənanın balladası” (“Nizami” operasından), “Əzranın ariozosu” (“Nizami” operasından). F-no ilə oxumaq üçün. Bakı, Azərbaycan Dövlət Musiqi Nəşriyyatı. 1955
Proqramlar
12. Proqram. Az. EA-nın binasnda Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş komfrans. 3 iyun 1947-ci il
13. Proqram. Nizami Gəncəvinin anadan olmasının 850 illiyinə həsr olunmuş Azərbaycan Respublikasının incəsənət ustalarının konserti. 1947
14. Proqram. Nizami Gəncəvinin 800 illiyinə həsr edilmiş təntənəli konsert. 1941
Eskizlər
15. Eskiz. Q.Qarayevin “Yeddi gözəl” baletinə çəkilmiş xalq nümayəndəsinin kostyumu
16. Eskiz. Q.Qarayevin “Yeddi gözəl” baletinə çəkılmış tacirin kostyumu.
17. Eskiz. Q.Qarayevin “Yeddi gözəl” baletinə çəkilmiş Bəhramın kostyumu.
18. Eskiz. Q.Qarayevin “Yeddi gözəl” baletinə çəkilmiş gözəllər gözəlinin kostyumu.
19. Eskiz. Q.Qarayevin “Yeddi gözəl” baletinə çəkilmiş vəzirin kostyumu.
20. Eskiz. Niyazinin “Xosrov və Şirin” operasına çəkilmiş dekorasiyası. III aktın səhnəsi.
21. Eskiz. Niyazi.”Xosrov və Şirin” operasının IV aktına çəkilmiş dekorasiya.
22. Eskiz. Niyazi.”Xosrov və Şirin” operasının IV aktına çəkılmış dekorasiya
23. Eskiz. Əfrasiyab Bədəlbəyli. “Nizami” operasına çəkilmiş dekorasiyası.
24. Eskiz. Qara Qarayevin “Yeddi gözəl” baletinə çəkilmiş Rəssam. Fyodr Qusak (16 ədəd).
25. Eskiz. Qara Qarayevin “Yeddi gözəl” baletinə çəkilmiş Rəssam .Ənvər Almaszadə (6 ədəd).
26. Eskiz. Qara Qarayevin “Yeddi gözəl” baletinə çəkilmiş Rəssam. Nataliya Kirillova (2 ədəd).
27. Eskiz. Niyazi “Xosrov və Şirin” operasına çəkilmiş səhnələrin. Rəssam. A.Y.Filippov (4 ədəd).
28. Eskiz. Əfrasiyab Bədəlbəylinin “Nizami” operasının dekorasiyanın. Rəssam. Fyodr Qusak
29. Rəsm əsəri. Azərbaycan Dövlət Opera və Balet Teatrı. “Sehirli Zal” Rəssam. İrina Zaqovorçeva
30. Rəsm əsəri. Azərbaycan Dövlət Opera və Balet Teatrının fasadı. Rəssam. İrina Zaqovorçeva
Fotolar
31. Foto. Əfrasiyab Bədəlbəyli. “Nizami” operası. Bülbül Nizami rolunda.
32. Foto. Əfrasiyab Bədəlbəylinin “Nizami” operasında Ağababa Bünyadzadə Hökümdar rolunda.
33. Foto. Əfrasiyab Bədəlbəyl. “Nizami” operasından səhnə.
34. Foto. Əfrasiyab Bədəlbəyl. “Nizami” operasından səhnə. Bülbül Nizami rolunda.
35. Foto. Qara Qarayevin “Yeddi gözəl” baletindən şəkillər
Cəmi. 18 ədəd
Afişalar
36. Afişa. ADOBT. Əfrasiyab Bədəlbəylinin “Nizami“ operası. 1948-ci il.
37. Afişa. Azərbaycan Dövlət Kamera Orkestrı. F.Əmirovun “Nizami” simfoniyası. 2007-ci il.
38. Afişa panno. Amerikanın San Diyeqo şəhərində Qara Qarayevin “Yeddi gözəl” baleti. 11.10.2014.
Disklər
39. Disk. Nizami Gəncəvinin sözlərinə yazılmış mahnılar
Kitablar
40. Kitab. Alla Bayramova: “Poemı Nizami Qyandjevi v kontekste vzaimootrajeniya iskusstv”. Bakı. 2014.
41. Kitab. Səadət Abdullayeva. Nizamidə Musiqi. Musiqidə Nizami. Bakı 2018. DK ¹ 16743/2.
Cəmi. 87 ədəd əşya






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.