az | ru | en

7 may 2021


7 may 2021-ci il tarixində Ümummilli lider Heydər Əliyevin doğum günü Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qeyd olundu.
Tədbirdə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Milli Mədəniyyətimizin Himayədarı” mövzusunda çıxış etdi. Onun çıxışı muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Heydər Əliyev və mədəniyyətimiz” slayd-şou ilə müşayiət olundu.

Sonra muzeyin filiali olan Niyazi mənzil muzeyinin müdiri, Həmkarlar İttifaqı Komitəsinin sədri Rza Bayramov çıxış edərək, böyük qürur və sevinc hissi ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı edilməsi haqqında 7 may 2021-ci il tarixli sərəncamının mətnini tədbir iştirakçılarına çatdırdı.
Muzeyin Qədim Musiqi Alətləri Ansamblı konsert proqramı ilə çıxış etdi, “Heydər Əliyev və Azərbaycan Mədəniyyətinin hamısı” sənədli filmi nümayiş olundu.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.