az | ru | en

12 mart 2021
Qarabağım - Doğma Yurdum!


12 mart 2021- ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Qara Qarayevin Ev muzeyində “Qarabağım- Doğma Yurdum” adlı konsert keçirilmişdir. Layihənin rəhbəri Ü. Hacıbəyli adına BMA- nın xüsusi hazırlıq kafedrasının professoru,əməkdar müəllim Leyla Məmmədəliyevadır.
Konsertdə Ü. Hacıbəyli adına BMA- nın doktorantı, musiqişünas Vəfa Həmidova giriş sözü ilə çıxış etmişdir. Daha sonra dahi bəstəkar Qara Qarayevin qızı, Qara Qarayevin Ev Muzeyinin müdiri Züleyxa Qarayeva - Bağırova konsert iştirakçılarını salamlamışdır.
Konsertdə Ü. Hacıbəyli adına BMA-nın professoru, konsertmeyster ustalığı kafedrasının müdiri, əməkdar müəllim Gülnarə Acalovanın tələbələri: BMA-nın II kurs tələbəsi Mehriban Xudiyeva(f-no), BMA-nın III kurs tələbəsi Validə Səmədova (f-no), Ü. Hacıbəyli adına BMA- nın konsert ifaçılığı kafedrasının illüstratoru, Beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədova (vokal), BMA-nın III kurs tələbəsi Hacırzalı Murad (tar), BMA-nın IV kurs tələbəsi Günel İmanova çıxış etmişlər. Konsertdə Ü. Hacıbəyli, F. Əmirov, V. Adıgözəlov, A.Zeynallı, A. Bəbirovun əsərləri səslənmişdir.
Konsertin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova yekun sözü ilə çıxış etmişdir.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.