az | ru | en

25 fevral 2021
Xocalı soyqırımı – XX əsrin faciəsi


25 Fevral 2021-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “XX Əsrin Faciəsi” adlı tədbir keçirmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmiş, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Muzeyin şöbə müdiri Xanım Abdinova “Xocalı soyqırımı – XX əsrin faciəsi” mövzusunda çıxış etmişdir. Tədbirdə Xocalı şəhidi Əsədov Yalçın Asif oğlunun (1957-1992) bacıları Könül Əsədova və Təranə Tağıyeva qardaşları və Xocalı hadisələri haqqında xatirələrini danışmışlar. Şairə Lalə İsmayıl müəllifi olduğu və əsrin faciəsinə həsr etdiyi “Unutmadıq” kitabı haqqında çıxış etmiş, muzeyin Qədim Musiqi Alətləri Ansamblının artisti, Əməkdar artist Davud Abdullayevin müşayiəti ilə yazdığı “Xocalı” şeirini söyləmişdir.
Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru Cəmilə Həsənova “Xocalı faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda, bəstəkar, Azərbaycan Televiziyası və Radiosunun musiqi redaksiyasının baş redaktoru Azad Zahid vətənpərvərlik mövzusunda yaradıcılığı haqqında çıxış etmişlər. Sonra Azad Zahidin bəstəkarı olduğu “Kül altından boy atacaq Xocalı” filmindən fragmentlər nümayiş olunmuşdur.
Tədbirdə bəstəkar Yusif Mirişlinin “Xocalı – 613” simfonik poemasından musiqinin müşayiəti ilə Xocalı soyqırımını əks etdirən slayd-şou nümayiş olunmuş, muzeyin Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri, Xalq artisti Munis Şərifov Xocalı şəhidlərinin xatirəsinə “Bayatı – Şiraz” muğamını ifa etmişdir. Sonda Azad Zahidin “Qalib sərkərdə” mahnısının klipi nümayiş olunmuşdur.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.