az | ru | en

20 fevral 2021
Arif Babayev (20.02.1938)


Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, sevimli xanəndəmiz, böyük muğam ustadı, Xalq artisti, professor, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli ARİF BABAYEV ömrünün 83-cü baharına qədəm qoymuşdur.
Arif Babayevin həzin, məlahətli səsi, yaradıcılıq istedadı, ifa etdiyi “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Zabul-segah”, “Segah” muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları ilə yalnız Azərbaycanda deyil, türk dünyasında şöhrət qazanmışdır. Arif Babayev 30-a yaxın mahnı və təsnifin müəllifidir. O, uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyət göstərmiş, bir-birindən gözəl obrazlar yaratmışdır. Teatr səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operalarında), Aşıq Qərib (Z.Hacıbəyovun “Aşıq Qərib”operasında), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası”operasında), Şah İsmayıl (M.Maqomayevin “Şah İsmayıl”operasında) kimi yaddaqalan obrazları yaratmış, bənzərsiz ifa tərzi ilə dinləyicilərin qəlbinə yol tapmış, böyük uğur qazanmışdır.
Arif Babayev 40 ildən yuxarı bir vaxt ərzində pedoqoji fəaliyyət göstərərək yüzlərlə istedadlı tələbələr yetişdirmişdir. Onun yetirmələri dünyanın müxtəlif bölgələrində məharətlə muğamımızı, xalq mahnılarımızı təmsil edirlər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi Arif Babayevi doğum günü münasibətilə ürəkdən təbrik edir, sevimli xanəndəmizə möhkəm can sağlığı və uğurlar arzulayır.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.