az | ru | en

12 fevral 2021
Bəhram Mansurov - 110 (12.02.1911– 14.05.1985)


Görkəmli Azərbaycan tarzəni, Xalq artisti(1978) Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olmuşdur. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrində, sonralar Azərbaycan Radiosu Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Filarmoniyasını solisti olmuş, C.Qaryağdı oğlu, H.Sarabski, S.Şuşinski kimi müğənniləri müşayiət etmişdir. Bəhram Mansurovun ifasında “Çahargah” (1970) və “Rast” (1978) muğamları nota salınmış, “Bayatı-Şiraz”, “Humayun”, “Şur”, “Bayatı-kürd”, “Çahargah” və s. muğamları ilk dəfə YUNESKO xətti ilə qrammofon valına yazılmışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından sizə “Bəhram Mənsurov 110” virtual sərgisini təqdim edirik.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.