az | ru | en

2 fevral 2021
2 Fevral – Azərbaycan Gəncləri Günüdür


Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Bu gün Azərbaycan dövləti gənclərə daha böyük diqqət və qayğı göstərir. Gənclər Gününün ölkəmizdə bayram kimi qeyd olunması da bu diqqət və qayğının təzahürüdür.
Ulu Öndər Heydər Əliyev 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi Azərbaycan gəncliyinin inkişafında müstəsna əhəmiyyət kəsb etmişdir. Bu gün Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır və gəncliyin potensialından maksimum dərəcədə istifadə olunur. Gənclərin sağlam həyat tərzi ilə bağlı sosial proqramların həyata keçirilməsi, idman hərəkatının genişləndirilməsi, yeni nəslin dünyagörüşü, mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsi dövlətin bu sahədə siyasətinin başlıca prioritetlərini təşkil edir. Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur. Gənclərimiz ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin arzuladığı sağlam, vətənpərvər, intellektli gənclik formalaşmışdır. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu öndər Heydər Əliyevin bu fikri indi də aktual səslənir və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.
Həqiqətən də gənclik böyük qüvvədir. Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut etmişlər. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. İndi ölkəmiz öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduğunu əməli fəaliyyəti ilə sübut etməyə çalışır. Azərbaycan gəncləri, əsgər və zabitlərimiz Ali Baş Komandanın əmri ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasında qəhrəmancasına döyüşərək düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdilər. 44 günlük Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu. Bu qələbədə vətənpərvər, rəşadətli Azərbaycan gənclərinin şücaəti əvəzolunmazdır.
XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür.
Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
İnamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilmişdir.
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova gənc əməkdaşları təbrik etdi, onlara yaradıcılıq uğurları arzuladı. Sonra muzeyin filialı olan Niyazi Mənzil Muzeyinin müdiri, Həmkarlar İttifaqı Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov və HİK Gənclər komissiyasının sədri Ülviyyə Şəmmədova “2 Fevral – Azərbaycan Gəncləri Günüdür” mövzüsunda çıxış etdilər.
Tədbirin sonunda Rza Bayramov muzeyin fəal gənclərinə pul mükafatı təqdim etdi.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.