az | ru | en

31 yanvar 2021
Nizami Gəncəvi İli


Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş rubrikanı davam edirik.
Görkəmli Azərbaycan bəstəkarları Nizaminin “Xəmsə”si, qəzəlləri, obrazları əsasında yazdıqları musiqi əsərləri demək olar ki, klassik musiqinin bütün janrlarını əhatə edir. Onlardan biri gənc bəstəkar, II Dünya Müharibəsində həlak olmuş Məmməd İsrafilzadənin (1921-1943) 1941-ci ilin may ayında yazdığı və dahi mütəfəkkir Nizami Gəncəvinin 800 illiyinə həsr etdiyi qarışıq xor və fortepiano üçün “Hüsnün gözəl” romansıdır.
Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan....
Məmməd İsrafilzadə müharibəyə getməzdən əvvəl həmin romansın notlarını dirijor və bəstəkar Niyaziyə təqdim etmişdi. 8 səhifədən ibarət not əlyazmasında Niyazinin bu qeydi yazılmışdır:
“Məmməd İsrafilzadənin yazdığı musiqi şeirin mətni ilə uyğun gəlir”.
Bu səbəbdən həmin not əlyazması Niyazinin arxivində saxlanılmış və onun mənzil muzeyi yaradılarkən burada aşkar edilmişdi. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarında saxlanılan həmin əsərin not əlyazmasını sizə təqdim edirik.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.