az | ru | en

24 yanvar 2021
Əziz və hörmətli izləyicilər!


Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, 25 yanvar 2021-ci il tarixindən etibarən ölkəmizdəki muzeylərin fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır və bütün muzeylərin fəaliyyəti bərpa olunur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və onun filialları yanvarın 25-dən ziyarətçilər üçün açıqdır və Sizi yenidən muzeylərimizdə görməyə şad olarıq.
- Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi (ünvan: Neftçilər pr. 49; tel: 4988184; 5984479)
Filiallar:
- Niyazinin Mənzil Muzeyi (ünvan: Bülbül pr. 21, mənzil 24; tel: 4931836);
- Qara Qarayevin Ev Muzeyi (ünvan: Nizami küç. 47/49; tel: 5058097);
- Vaqif Mustafazadənin Ev Muzeyi (ünvan: İçəri şəhər, V. Mustafazadə döngəsi 4; tel: 4921792);
- Xalq Çalğı Alətləri Daimi sərgisi (ünvan: Zərgərpalan küç. 119; tel: 5946062).
Muzeylərimiz hər gün şənbə və bazar günləri istisna olmaqla saat 10-00-dan 18-00-dək işləyir.
Karantin günlərində muzeylərə giriş zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilir.
Yolunuzu gözləyirik!





Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.