az | ru | en

18 yanvar 2021
Görkəmli dirijor Kamal Abdullayevin ad günü


Dünya mədəni tarixində insanlar üçün ən önəmli yaddaş dəyərli mənəvi və estetik yaddaşdır. Xoşbəxt o adamdır ki, o xalqın tarixinə özünün unudulmaz izini qoyub və yaddaşlardan silinmir.
Görkəmli Azərbaycan dirijoru, pedaqoqu, ictimai xadim, gözəl insan Kamal Abdullayev (1927-1997) məhzbelə şəxsiyyətlərdəndir. Kamal Canbaxış oğlu Abdullayev 1927-ci ildə Bakıda anadan olmuşdur. O, 1945-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyası nəzdində Orta ixtisas musiqi məktəbini 1948-ci Konservatoriyanın müvəffəqiyyətlə başa vurur. 1952-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını opera-simfonik dirijorluğu ixtisası üzrə (prof. L.M.Ginzburqun sinfi) bitirir.
Həmin ildən 1959-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsində işləmişdir. Bu illər ərzində bir sıra klassik rus, Qərbi Avropa, sovet və eləcə də Azərbaycan operalarına, baletlərinə səhnə təcəssümü vermiş, bəzən də onların ilk təfsirçisi olmuşdur.
Bu il 880 illiyi qeyd olunan dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında görkəmli bəstəkar Qara Qarayevin eyni adlı baletinin 1952-ci ildə baş tutan premyerası bu qəbildəndir.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.