az | ru | en

6 noyabr 2020
Azərbaycanın musiqi beşiyi: Şuşa


Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənmişdir.
Qastrol səfərləri də onun yaradıcılığında geniş yer tutur. Xanəndəliklə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1926-cı ildə Ü.Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Filarmoniyasına dəvət olunmuş və gənc xanəndələr yetişdirmişdir.
Keçəçioğlu Məhəmməd 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Keçəçioğlu Məhəmmədin qavalı qorunub saxlanılır (muzeyə oğlu Ramiz Xəlilov tərəfindən hədiyyə olunmuşdur).
Qaval – Birüzlü zərb alətləri qrupuna aiddir.Orta əsirlərdə əsasən saray musiqi məclislərində istifadə olunmuşdur.
Qoz ağacından hazırlanmış sağanağın içəri hissəsinə çevrəsi boyu 60-70 ədəd xırda mis halqalar bərkidilir. Üzünə xüsusi üsulla aşılanmış nərə balığının dərisi çəkilir. Balıq dərisi nazik və şəffaf olduğundan onun səs tembiri olduqca məlahətlidir.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.