az | ru | en

19 oktyabr 2020
Azad olunmuş torpaqlarimizin musiqiçiləri


Aşiq Pəri Azərbaycan aşıq-şairi. 1811-ci ildə indiki Cəbrayıl rayonunun Maralyan kəndində anadan olub. Uşaq yaşlarından aşıq şeiri ilə maraqlanmağa başlayıb. Qısa zaman içində şan-şöhrəti geniş yayılıb və öz dövrünün aşıqlarının diqqətini cəlb edib. Təxminən 1830-cu ildə Şuşaya köçüb və ömrünün sonuna qədər burada yaşayıb.
Firidun bəy Köçərli onun bilikli, gözəl bir xanım olduğunu yazır. Aşıq məclislərində böyük hörmətə sahib olub. Şairlər onun gözəlliyini öz şeirlərində vəsf etmişlər.
Aşıq Pəri Mirzə Həsən bəy Mirzə, Kərbəlayı Abdulla Canızadə, Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq, Mirzəcan Mədətov və s. aşıqlarla və şairlərlə deyişmişdir. Bu deyişmələrin hamısında uğur qazanmışdır
Gözəl şeirləri və hazırcavablığı ilə az bir zamanda Qarabağ şairlərinin diqqətini cəlb etmiş, tez-tez Şuşada keçirilən şeir məclislərinin iştirakçısı olmuşdur. Ədəbi irsi tam şəkildə dövrümüzədək gəlib çatmamışdır və yalnız 50-dək şeiri məlumdur. Şeirləri ilk dəfə Mirzə Yusif Qarabağinin "Məcmueyi-divani-Vaqif və müasirini-digər" (1856) məcmuəsində, sonralar isə A.Berjenin tərtib etdiyi "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" (Leypsiq, 1867) kitabında dərc olunmuşdur.
Hazırda əsasən qoşmaları məlumdur. Bu qoşmalar sadə və anlaşıqlı bir dillə söylənilmişdir. Aşıq Pəri təxminən 1847-ci ildə Şuşa şəhərində vəfat etmişdir.
Rəssam Tamilla Dağıstanlının Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasında saxlanılan “Aşıq Pəri” rəsm əsərini (kətan, boya, 100x80) təqdim edirik.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.