az | ru | en

17 sentyabr 2020
Üzeyir Hacibəylinin və Müslüm Maqomayevin 135 illiyi münasibətilə onlayn tədbir



Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 17 sentyabr 2020-ci il tarixində Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin 135 illiyi münasibətilə beynəlxalq onlayn tədbir keçirmişdir.
Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Çin və ABŞ-dan olan alim və mütəxəssislər, musiqiçilər iştirak etmişlər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Kostal Karolina Universitetinin (Coastal Carolina University) professoru Anna Oldfield (ABŞ), Qara Qarayev Ev muzeyinin müdiri Züleyxa Qarayeva-Bağırova, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi Cəmilə Cavadova-Şpitsberq (ABŞ), İstanbul Üsküdar Universiteti sosiologiya kafedrasının müdiri Əbülfəz Süleymanlı (Türkiyə), Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətli Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin həyat və yaradıcılığı haqqında, Azərbaycan musiqi tarixində oynadıqları rolları haqqında maraqlı çıxışlar etmiş, fikir mübadiləsi aparmışlar.
Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, Azərbaycanın Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, Azərbaycanın Əməkdar artisti, pianoçu Emil Əfrasiyab, Smolensk Filarmoniyasının solisti, skripka ifaçısı Anastasiya Vedyakova, “Ruskonsert”in solisti Dina Dedyakina (Rusiya), pianoçu Dongni Xie (Çin Xalq Respublikası) və Xalq artisti Munis Şərifovun rəhbərliyi muzeyin Qədim Musiqi Alətləri Ansamblının ifalarında konsert proqramı səslənmişdir.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.