az | ru | en

20 avqust 2020
“Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri”



Maestro Niyazinin anadan olmasının 108-ci ildönümünə həsr olunmuş “Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri” adlı Beynəlxalq Elmi-Praktiki Konfrans (onlayn video-konfrans)
20 avqust 2020-ci il tarixində Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun anadan olmasının 108-ci ildönümünə həsr olunmuş “Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri” adlı Beynəlxalq Elmi-Praktiki Konfrans (onlayn video-konfrans) keçirilmişdir.
Konfransın işində Azərbaycan və Türkiyədən olan alim və mütəxəssislər iştirak etmişlər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun direktoru Günay Əfəndiyeva, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Alla Bayramova, İstanbul Universitetinin professoru Fethi Gedikli, Üsküdar Universiteti Sosiologiya kafedrasının müdiri, professor Əbülbəz Süleymanlı, Niyazinin Mənzil-Muzeyinin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov, İstanbul Universiteti Konservatoriyasının Musiqişünaslıq kafedrasının magistri Ecem Tuğçe Akbulud, Azərbaycanlı gənc bəstəkar Sara Dilruba Maestro Niyazinin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin yaradılması və inkişafında mühüm rolundan, onun bu sahədə verdiyi töhfələrdən, Niyazinin Türkiyə musiqiçiləri ilə dostluğundan söhbət açmışlar. Eyni zamanda görkəmli Türk pianoçusu İdil Biretin konfransa göndərdiyi Niyazi ilə bağlı yazılı xatirələri səsləndirilmişdir.
Video-konfrans iştirakçılar arasında fikir mübadiləsi ilə davam etmişdir.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.