az | ru | en

19 avqust 2020
Lyudmila Vladimirovna Karaqiçeva-Bretanitskaya - 100



Bu gün, 19 avqust 2020-ci il tarixində görkəmli Azərbaycan musiqişqnas alimi və pedaqoqu Lyudmila Vladimirovna Karaqiçeva-Bretanitskayanın 100 yaşı tamam olur.
Lyudmıla Karagıçeva - Bretanitskaya 1920-ci il avqust ayının 19-da Rusiyanın Adıgey Respublikasının Maykop şəhərində anadan olmuşdur.
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsini (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bitirmişdir. Həmin ildə də orada "Xarici ölkələrin musiqi tarixi," Opera dramaturgiyasının əsasları"," Musiqi tənqidi" və "Musiqi ədəbiyyatı" ixtisaslarını tədris etməyə başlamışdır.
1962-ci ildə "Qara Qarayev" kitabı əsasında sənətşünaslıq dissertasiyası müdafiə edərək sənətşünaslıq elmləri namizədi elmi dərəcəsini, 1964-cü ildə isə dosent adını almışdır.
1972-ci ildə "Əməkdar incəsənət xadimi" adını layiq görülmüşdür.
1982-ci ildə professor elmi adını almışdır.
Moskvaya köçdüyü müddətə qədər (1988) konservatoriyada işləmişdir.
Qara Qarayev, Fikrət Əmirov və digər Azərbaycan bəstəkarlarının yaradıcılığına dair elmi - tədqiqat əsərlərinin müəllifidir.
Böyük yaradıcılıq qabiliyyətinə və diapazonuna malik olan musiqişünas alimin elmi fəaliyyətinin əsas mövzusu Qara Qarayevin yaradıcılığıdır. "Qara Qarayev", "Qarayevin baletləri", "Qarayevin "İldırımlı yollarla" baletində Afrikanın musiqi folkloru "," Don Kixot" simfonik qravürü və Qarayevin digər əsərləri haqqında işləri diqqətəlayiqdir.
Onun bəstəkar və dirijor Niyazi haqqında monoqrafiyası, Azərbaycan musiqisinə aid müxtəlif mövzularda məqalələri də nəşr olunmuşdur.
Lyudmıla Karagıçeva - Bretanitskaya 2015-ci ildə vəfat etmişdir.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.