az | ru | en

1 avqust 2020
Təranə Əliyevanın yubiley




Bu gün muzeyin Qədim Musiqi Alətləri Ansamblının qanun ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Təranə Əliyevanın 50 illik yubileyidir. Təranə xanımı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik! Möhkəm cansağlığı, səadət, yeni yaradıcılıq uğurları arzulayırıq.
Təranə Əliyeva yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinə layiqli töhfələr vermiş sənətkarlarımızdan biridir. Qədim Musiqi Alətləri Ansamblının qanun ifaçısı kimi, eləcə də rəhbəri olduğu “İnci” qanun qrupu ilə birgə həm respublikamızda, həm də xarici səfərlərdə, konsertlərdə, beynəlxalq festivallarda, simpoziumlarda çıxış etmiş, milli musiqimizin təbliğində yaxından iştirak etmişdir.
Təranə xanım uzun illərdir qanunun dərin bilicisi olmaqla bərabər, ifaçılıq sənəti ilə pedoqoji fəaliyyəti uğurla əlaqələndirən sənətkarlarımızdandır. Təranə Əliyeva Azərbaycanda qanun alətinin təşəkkülü, inkişaf tarixi və təcrübi məsələlərinə həsr olunmuş “Qanun məktəbi” dərsliyinin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.