az | ru | en

28 iyul 2020
“MUSİQİ MUZEYİNİN İNCİLƏRİ”




Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxivlərində görkəmli rəssam Həsən Haqverdiyevin (20.07.1917-22.08.1978) Azərbaycan musiqiçilərinə dostluq şarjları mühafizə olunur. Biz “Musiqi Muzeyinin inciləri” rubrikamızda onlardan bir neçəsini artıq sizə təqdim etmişik. Bu dəfə rəssamın Qara Qarayevə həsr etdiyi dostluq şarjını sizə təqdim edirik.
Həsən Haqverdiyev 1917-ci ildə Cənubi Azərbaycanın Mamağan şəhərində anadan olmuşdur. 1931-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuşdur. Həsən Haqverdiyev 1933-cü ildə öz məktəb yoldaşları T.Tağıyev, K.Xanlarov və başqaları ilə birlikdə ilk dəfə Azərbaycan rəssamlarının Respublika sərgisində iştirak etmişdir. O, Respublika rəssamlıq sərgisində "Gitara çalan oğlan", "Qoca portreti" , "İçərişəhər motivləri" adlı etüdlərini nümayiş etdirmişdir. Həsən Haqverdiyev "Balaca çoban", "Çoban qız", "Dağ yolu", "Yaylaqda" kimi tablo və mənzərələrin müəllifi olmuşdur. Rəssam Azərbaycan qadınına həsr etdiyi "Oyanma"tablosunun, "Balaca rəssam", "İlk söz" kimi tablolarının müəllifidir. Rəssamın rəsmlərinə "Əzim Əzimzadənin portreti", "Zemfiranın portreti", "Xanların dəfni", "Füzuli oğlunun şerini dinləyərkən", "Rəssamlarımız yaradıcılıq növbəsində" kimi əsərləri daxildir.
Həsən Haqverdiyev qrafika sahəsində də fəaliyyət göstərmişdir. Rəssamı "Kuba deyir: Vətən ya ölüm!", "Sülh dostluq", "Qoy daim günəş olsun", "Amerika zindanlarında" və s. kimi plakatların müəllifidir.
O, "Azərbaycan", "Ulduz", "Azərbaycan qadını", "Pioner" və "Göyərçin" jurnallarının bədii tərtibində yaxından iştirak etmişdir. Həsən Haqverdiyev Azərbaycan qrafikasında dostluq şarjı janrının əsas nümayəndələrindən olmuşdur. Rəssamın yaratdığı portretlər qalereyasına Qara Qarayev, M.İbrahimov, Niyazi, S.Rüstəm, M.Abdullayev, T.Salahov, S.Bəhlulzadənin obrazları daxildir.
Həsən Haqverdiyevin yaradıcılığına teatr-dekorativ sənəti xüsusi yer tutmuşdur. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan bir neçə əsərin bədii tərtibatını vermişdir. Həsən Haqverdiyevin fərdi yaradıcılıq sərgisi 1967-ci ilin may ayında Bakıda Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda keçirilmişdir.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.