| 
 18 iyul 2020MUSİQİ MUZEYİNİN İNCİLƏRİ
 
 
 
 
 Qeyd etdiyimiz kimi, muzeydə Azərbaycan musiqisinin korifeyi, ilk Azərbaycan bəstəkarlarından biri Müslüm Maqomayevin (1885-1937, məşhur müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin babası) maraqlı sənədləri qorunub saxlanılır. Üzeyir Hacıbəyovla birgə o, 1904-cü ildə Qori şəhərində (Gürcüstan, Rusiya İmperiyası) Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmişdir. Seminariya tərəfindən ona verilmiş növbəti sənədi sizə təqdim edirik.
 Müəllim Əbdül Müslüm Maqomayevə
 Sizin Seminariyanın direktorunun adına bu ilin 9 iyul tarixli məktubunuzdakı xahişə uyğun olaraq bu gün sizin haqqınızda aşağıda qeyd olunan Bakı quberniyası və Dağıstan vilayətinin direktoruna zəmanət məktubu göndərilmişdir.
 Direktor vəzifəsini icra edən O. Smirnov.
 15 iyul 1905-ci il ¹ 576 Qori şəhəri, Tiflis Quberniyası.
 Məktubu yazan Qolubyanin
 Həyat yoldaşı Badıgül Camal Həsənağa qızıdır. Nigah 4 avqust 1906-cı ildə baş tutmuş və Tiflis şəhərində doğum haqqında kitabda (¹ 12) qeydə alınmışdır.
 4 avqust 1906-cı il, Tiflis şəhəri
 Tiflis sünnü məsçidinin mollası Molla N.Terequlov
 
 
 
 
 
 
 
  Tədbirlər |