| 
 4 iyul 2020MUSİQİ MUZEYİNİN İNCİLƏRİ: AŞIQ HÜSEYN SARACLININ SAZI
 
 
 
 
 Bu gün sizə muzeyin ekspozisiyasında nümayiş olunan Aşıq Hüseyn Saraclıya (1916 - 19.04.1987) məxsus sazı təqdim edirik.
 Gürcüstanın əməkdar mədəniyyət işçisi (1980). 40-dan çox xalq dastanını mükəmməl bilmiş, 74 klassik aşıq havasını özünə məxsus ustalıqla ifa etmişdir. “Bağdad dübeyti” havasının müəllifidir. “Koroğlu”, “Kərəm”, “Qaraçı”, “Bəhməni”, “Hicrani”, “Qaratel” və s. havaların mahir ifaçısı olmuşdur. Aşıq sənətinin araşdırıcıları bu gün də onun sənətindən yeni havalar, sözlər və dastan nümunələri, sənət sirləri öyrənirlər.
 
 
 
 
 
 
 
  Tədbirlər |