az | ru | en

29 iyun 2020
RAUF ADIGÖZƏLOVUN XATİRƏ GÜNÜ




29 iyun 2002-ci ilin bu günündə skripkaçı, müğənni, professor, Əməkdar incəsənət xadimi Azərbaycan musiqisində misilsiz xidmətləri olan sənətkar Rauf Zulfüqar oğlu Adıgözəlov (22.11.1940-29.06.2002) vəfat etmişdir.
Rauf Adıgözəlov 1940-cı il noyabrın 22-də Bakıda anadan olmuşdur. Muğam xanəndəsi Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açan Rauf, uşaqlıqdan musiqiyə həvəs göstərmişdir. Bu həvəslə o, 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdu. Həmin ildə gənc ifaçıların I Zaqafqaziya müsabiqəsində iştirak etmişdi. Azərbaycan Dövlət Konservatoriyasından sonra Rauf Adıgözəlov təhsilini P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster vəzifəsində, 1966-cı ildən isə Azərbaycan Dövlət Kamera Orkestrində çalışmışdır.
Məlahətli səsə malik olan Rauf Adıgözəlov, mahnı janrının inkişafında da öz xidmətlərini əsirgəməmişdir. O, həm orkestrdə çalışır, kamera ansamblında işləyir, digər tərəfdən bəstəkar mahnıları və romanslarda skripka ilə ifa edirdi. Adıgözəlov klassik və müasir bəstəkarların əsərlərini özünəməxsus zərifliklə ifa edirdi. Rauf Adıgözəlov Azərbaycan Dövlət Konservatoriyasında gənc kadrlarında yetişməsində də böyük kömək göstərmişdi. O, burada dosentlikdən professora qədər yüksəlmişdi.
Daha çox vokal və skripka ifaçısı kimi məşhur olan Rauf Adıgözəlov, müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edirdi. O, 1996-cı ildə Misir Musiqi Akademiyasına professor kimi dəvət almışdı. O, bir neçə ildən sonra Bakıya gəlmiş və 2002-ci il iyunun 29-da vəfat etmişdir.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.