az | ru | en

27 iyun 2020
“QASTROLÇULAR” - İMA SUMAK BAKIDA




“Qastrolçular” rubrikasında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində məşhur Peru və Amerika müğənnisi Ima Sumaka (Soila Auqusta İmperatris Çavvari del Kastilyo: 13.09.1922-01.11.2008) aid olan materialları təqdim edirik. 1960-ci illərdə İma Sumak dünyanın ən məşhur konsert salonlarında çıxış edir və o zamanlar dünyada demək olar ki, çox da tanınmayan Peru musiqisinin “fəxri səfiri” idi. Pərəstişkarlarının “İnk şahzadəsi” və “And ilahəsi” adlandırdığı İma Sumak caz və Okeaniya, Afrika, Cənubi Amerika musiqisini birləşdirərək şöhrət qazanan parlaq və ekzotik müğənni idi. Misilsiz 5 oktavalı səsə malik idi. Səhnə təxəllüsü keçua (Cənubi Amerika keçua hindi xalqının dili) dilindən tərcümədə “Ah, nə gözəldir” mənasını bildirir. Dünya turnesinə 1961-ci ildə Moskvada keçirilən Gənclər və Tələbələrin VI Ümumdünya Festivalından sonra, Sovet İttifaqından başlamışdı. Həmin zaman İma Sumak 6 ay ərzində SSRİ-nin bir çox şəhərlərində, eyni zamanda Bakıda da konsert proqramı ilə çıxış etmişdi. Foto. 1) Ima Sumak. Ima Sumakın maestro Niyaziyə hədiyyə yazısı ilə fotosu. Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin kolleksiyalarından. Foto. 2) Soldan sağa: Niyazi, Soltan Hacıbəyov, İma Sumak, Cahangir Cahangirov, Vasif Adıgözəlov və b. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarından.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.