az | ru | en

29 aprel 2020
Beynəlxalq Rəqs Günü




Aprelin 29-u Beynəlxalq Rəqs Günüdür. Bu günü bütün rəqs dünyası - opera və balet teatrları, müasir rəqs truppaları, xalq və müasir rəqs ansamblları, peşəkar və özfəaliyyət artistləri bayramı kimi qeyd edirlər.
1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunmuş bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi musiqi mədəniyyətimizin bütün janrlarının fəal təbliğatçısıdır. Muzeyimizin zəngin kolleksiyalarında Azərbaycan rəqs məktəbi, balet və milli rəqslərimiz, rəqs ustadlarımız haqqında materiallar qorunur. Musiqi Muzeyində mütəmadi olaraq rəqs xadimlərimizə həsr olunmuş yubiley tədbirləri, görüşlər təşkil olunur.
Beynəlxalq Rəqs Günü ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından bəzi materialları təqdim edirik.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.