az | ru | en

9 aprel 2020
XATİRƏ. FİRƏNGİZ ƏHMƏDOVA




“XATİRƏ” rubrikamıza davam edirik- FİRƏNGİZ ƏHMƏDOVA
Görkəmli opera müğənnisi, SSRİ Xalq artisti, Azərbaycan mədəniyyətinin tanınmış nümayəndələrindən olan Firəngiz Əhmədova (23.09.1928-16.12.2011) milli musiqimizin inkişafında əvəzsiz xidmətlər göstərmiş sənətkarlardandır. Özünün unikal tembrli, geniş diapozonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoymuşdur. Onun yaradıcılığında yüksək ifaçılıq qabiliyyəti və orijinal aktyorluq məharəti vəhdət təşkil edirdi. Firəngiz xanım opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində əsas partiyaların mahir ifaçısı kimi şöhrət tapmış, musiqi salnaməmizə yeni parlaq səhifələr yazmışdır.
Firəngiz Əhmədova Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə yaxından əməkdaşlıq etmiş, bizim maarifləndirici tədbirlərimizdə iştirak etmiş, qonaq olmuşdur.
2018-ci il sentyabrın 20-də muzeyimizdə Üzeyir Hacıbəyli X Beynəlxalq Festivalı çərçivəsində Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş “Opera səhnəmizin Nigarı” adlı tədbir keçirilmişdir.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.