az | ru | en

7 aprel 2020
XATİRƏ. Hacı Xanməmmədov




Bu gün görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, professor, “Şöhrət”ordenli sənətkar Hacı Xanməmmədovun (15.06.1918-7.04.2005) vəfatından 15 il keçir.
Milli musiqi sənətimizin inkişafında misilsiz xidmətləri olmuş dahi Üzeyir Hacıbəyli görkəmli pedaqoq kimi bir çox sənətkarların yetişməsində mühüm rol oynayıb. Böyük bəstəkar və müəllimin yetirmələrindən biri də bu gün xatirəsini andığımız Hacı Xanməmmədovdur.
Hacı Xanməmmədov 60 ildən artıq yaradıcılıq dövründə musiqi sənətinin bir çox janrlarında parlaq əsərlərin müəllifi olmuşdur. O, Kamança və simfonik orkestr üçün Konsert, Tar və simfonik orkestr üçün 5 Konsert, iki musiqili komediya, xalq çalğı alətləri üçün “Simfoniyetta”, “Azərbaycan eskizləri”, “Bayram”, “Azərbaycan” süitaları, bir-birindən təravətli 150-dən çox mahnısı ilə musiqi xəzinəmizi zənginləşdirmişdir.
Sizə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Hacı Xanməmmədovun fotoşəkillərini təqdim edirik.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.