az | ru | en

15 yanvar 2020
Azərbaycan Vokalçılar festivalının iştirakçıları ilə görüş-konsert




15 yanvar 2020-ci il tarixində muzeydə Azərbaycan Vokalçılar festivalının iştirakçıları ilə görüş-konsert keçirilmişdir (ideya müəllifi və bədii rəhbəri, Əməkdar artist, Mədəniyyət kanalının direktoru Ramil Qasımov).
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Tədbirdə "Azərbaycan Opera İfaçılığı Antologiyası” kitabının ideya müəllifi, tərtibatçısı Əməkdar artist İnarə Babayeva festivalın işindən və hazırladıqları kitabın elmi əhəmiyyətindən, tədris metodikasında antologiyanın çox lazımlı addım olduğundan danışmışdır.
Tanınmış vokalçılarımız Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Səbinə Vahabzadə və solistlər Taleh Yahyayev, Nina Makarova, Şaban Cəfərov özləri haqqında klub iştirakçılarına məlumat vermiş, festivaldakı iştirakları, təəssüratları barədə danışmış, klassik musiqi xəzinəsindən rəngarəng konsert proqramı ilə çıxış etmişlər.
Konsert-görüşdə bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxiv materialları əsasıda hazırlanmış slayd-şou ilə müşayiət olunmuş və Azərbaycan Televiziyası Mədəniyyət kanalının təqdim etdiyi videoçarx nümayiş olunmuşdur.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.