az | ru | en

21 dekabr 2019
Yeni eksponatlar




Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarına 2019-cu ildə hədiyyə olaraq yeni eksponatlar əlavə olundu:
- İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, professor, doktor H.Hüsnan bey Fananin təqdim etdiyi İndoneziya milli musiqi alətləri - Anqklunq, qambanq, bas lodonq;
- Türkiyə Respublikasının Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının başçısı Selçuk Akatın təqdim etdiyi rebab və kaval türk musiqi alətləri;
- Bünyamin Qəmbərlinin təqdim etdiyi sipsi, çimon türk musiqi alətləri;
- Görkəmli tarzən, Xalq artisti Hacı Məmmədovun oğlu Nadir Məmmədovun təqdim etdiyi “Hacı Məmmədov. Portert - xalça”;
- Fərəc Qarayevin təqdim etdiyi disk, mini afişa, proqram, jurnal, “Qara Qarayev 100. Sənətin yolları” adlı kitab;
- Valentina Topçeyevanın təqdim etdiyi “Müslüm Maqomayev. Orfey və Ukrayna” adlı iki cildlik kitab;
- Züleyxa Bagirova təqdim etdiyi məktublar, teleqram, gündəlik, jurnal və qəzet kəsikləri, Nikolay Neçayevin imtahan vərəqi “Sənət Akademiyası” jurnalı;
- İran vətəndaşı Səccad Zeynallının təqdim etdiyi “Üzeyir Hacıbəyovun əsərləri. Operalar və operettolar” kitabı.
Həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maddi dəstəyi ilə əldə edilmiş eksponatlar:
- Ülviyyə Hacıbəyovanın təqdim etdiyi Soltan Hacıbəyovun not əlyazmaları, şəxsi əşyaları, İsmayıl Hacıbəyovun çəkdiyi “Üzeyir Hacıbəylinin portreti” və “İqor Stravinskinin portreti” rəsm əsərləri;
- Leyla Məmmədovanın təqdim etdiyi “Azərbaycan xalq mahnıları və rəqsləri” folklor nümunələri not əlyazması.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.