az | ru | en

16 dekabr 2019
Vaqif Mustafazadənin vəfatının 40-cı ildönümü




16 dekabr 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin Ev Muzeyində Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, caz-muğam üslubunun banisi, Azərbaycan Respublikasının Əməkdar artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafazadənin vəfatının 40-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbir Bakı Musiqi Akademiyasının müəllimi Gülsüm Eldarovanın Vaqif Mustafazadəyə ithaf etdiyi əsərlə başladı.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Vaqif Mustafazadənin Ev Muzeyinin filial müdiri Afaq Əliyeva görkəmli caz əfsanəmizin yaradıcılıq yolu və uğurları, ölməz sənətkarın irsinin təbliği istiqamətində görülən işlər haqqında çıxış etmişdir.
Tədbirdə Afaq Əliyevanın dəstəyi ilə buraxılmış “Vaqif Mustafazadənin caz kompozisiyaları” diskinin təqdimatı keçirilmişdir.
Görkəmli ədəbiyyatşünas, ictimai xadim, akademik, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, “Sevil” vokal-instrumental ansamblının solisti, Əməkdar artist Rəna Talıbova Vaqif Mustafazadənin yaradıcılıq nailiyyətləri və uğurları haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.
Bədii hissədə şəhərimizin qonaqları caz-pianoçu Aleksey Çeremizov (Sankt-Peterburq), caz ulduzu, vokalçı Sibel Köse (Türkiyə), pianoçu Alissa Dan (ABŞ), ”Sevil” vokal-instrumental ansamblı, Xalq artisti, bəstəkar Azər Dadaşov, Bakı Musiqi Akademiyasının müəllimləri Sevda Məmmədli, Gülsüm Eldarova və akademiyanın tələbələri: Vüsal Aydəmirov, İbrahim Babayev, Fidan Mirheydərzadə, Suada Hacızadə, Vüsalə Babayeva, Pərvin Əsgərova, Pünhan Hacıyev konsert proqramı ilə çıxış etmişlər.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.