az | ru | en

4 dekabr 2019
Əminə Dilbazi - 100




4 dekabr 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, Azərvaycan Respublikasının Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Muzeyin şöbə müdiri Xanım Abdinova Əminə Dilbazinin yaradıcılıq yolu, milli rəqslərimizin təbliğində və inkişafında əvəzsiz xidmətləri haqqında danışmışdır. Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar artist Aliyə Ramazanova, Əminə Dilbazinin qohumları Xatirə Dilbazi, professor Qüdrət İsaqov, şairə-jurnalist Fəridə Ləman və Güllü Eldar, Bakı Musiqi Akademiyasının dosenti Nərminə Ağası Əminə Dilbazi haqqında xoş xatirələri, ürək sözləri ilə çıxış etdilər. Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Bədii hissədə Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifalarında Əminə Dilbazinin quruluş verdiyi rəqslərdən ibarət konsert proqramı təqdim olunmuş, videoyazılar nümayiş olunmuşdur. Sonda Əminə Dilbazinin oğlu Mikayıl Hacıyev valideyinləri haqqında xatirələrini, maraqlı faktları tədbir iştrakçıları ilə bolüşdü və muzeyə öz minnətdarlığını bildirdi. Tədbirdə musiqi ictimaiyyəti, Əminə Dilbazinin rəqs məktəbinin yetirmələri, Əməkdar artistlər Sənan Hüseynli, Eteri Cəfərova, Tahir Eynullayev iştirak etmişlər.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.