az | ru | en

29 noyabr 2019
Sevda İbrahimova - 80





29 noyabr 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyin filialı olan Qara Qarayevin Ev Muzeyində görkəmli Azərbaycan bəstəkarı , Azərbaycan Respublikasının xalq artisti, Əməkdar incəsənət xadimi, professor, pedaqoq Sevda İbrahimovanın 80 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Muzeyin şöbə müdiri Xanım Abdinova Sevda İbrahimovanın zəngin yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri haqqında çıxış etmişdir. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, musiqişünas alim, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva Sevda İbrahimova haqqında xatirələri və xoş arzuları ilə çıxış etdilər. Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Bədii hissədə Sevda İbrahimovanın əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur. Sonda Sevda İbrahimovanın bacısı Solmaz İbrahimova, qohumu, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Əməkdar incəsənət xadimi, professor Sona İbrahimova ürək sözləri ilə çıxış etmiş, muzeyə təşəkkürlərini bildirmişlər.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.