az | ru | en

22 noyabr 2019
Fikrət Əmirov - 97





22 noyabr 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Bakı Musiqi Akademiyası ilə birgə görkəmli bəstəkarın Fikrət Əmirovun anadan olmasının 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov açmışdır. Muzeyin elmi işçisi Əzirə Abdullayeva Fikrət Əmirovun həyat və yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri haqqında çıxış etmişdir.
Bədii hissədə Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyovanın və akademiyanın tələbələrinin ifalarında konsert proqramı təqdim olunmuş, Fikrət Əmirovun əsərlərindən Maestro Niyazinin dirijorluğu ilə "Azərbaycan kapriççiousu" və "Şur" simfonik - muğamının videoyazısı nümayiş olunmuşdur. Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.