az | ru | en

5 noyabr 2019
Tofiq Quliyev - 102




5 noyabr 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Tofiq Quliyev adına 12 ¹li 11 illik Musiqi Məktəbi ilə birgə görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov açmışdır.
Muzeyin şöbə müdiri Xanım Abdinova Tofiq Quliyevin həyat və yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri haqqında çıxış etmişdir.
Tofiq Quliyev adına 12 ¹li 11 illik Musiqi Məktəbinin direktoru, Əməkdar müəllim Gülnarə Səfərova Tofiq Quliyev haqqında xatirələrini bölüşmüş, rəhbərlik etdiyi musiqi məktəbinin ölməz bəstəkarın yaradıcılığının təbliğində fəal iştirakından danışmışdır.
Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində Tofiq Quliyev adına 12¹li 11 illik Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifalarında bəstəkarın əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunmuşdur.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.