az | ru | en

2 oktyabr 2019
Əşrəf Həsənov-110




2 oktyabr 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Klassik Musiqi Həvəskarları Klubunda “Azərbaycan dirijorları-Əşrəf Həsənov-110”tədbiri keçirilmişdir. Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Muzeyin elmi işçisi Əzirə Abdullayeva “Azərbaycan dirijorları-Əşrəf Həsənov-110”mövzusunda danışmışdır. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə Əşrəf Həsənovun dirijorluq etdiyi operadan videoyazı nümayiş edilmiş, Bakı Musiqi Akademiyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbələrinin və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin ifalarında konsert proqramı təqdim olunmuşdur.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.