az | ru | en

1 oktyabr 2019
Qara Qarayevin Ev Muzeyinin yaradılmasının bir illiyi




1 oktyabr 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Beynəlxalq Musiqi Günü çərçivəsində muzeyin açılışının bir illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova muzeyin bir illik fəaliyyəti dövründə görülən işlər, keçirilmiş tədbirlər, çap məhsulları və gələcək planlar barədə çıxış etmişdir.
Tədbirdə Qara Qarayevin tələbələri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq artisti Firəngiz Əlizadə, bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Tofiq Bakıxanov, musiqişünas alim, Əməkdar İncəsənət xadimi, professor Aida Tağızadə öz sevimli müəllimlərinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında bir bəstəkar və pedaqoq kimi xidmətlərindən danışmış, xatirələrini bölüşmüşlər. Qara Qarayevin yaradıcılıq yolundan bəhs edən iki dildə kitablar və disklər hədiyyə etmişlər.
Qara Qarayev Ev Muzeyinin filial müdiri Züleyxa Bağırova – Qarayeva Qarayevin fortepiano üçün “Tsarskoye selo heykəli” əsərini təhlil etmişdir.
Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Bədii hissədə Azərbaycan Dövlət Simli Kvartetinin, Beynəlxalq Müsabiqələr laureatları Müşfiq Quliyevin (f-no), Vurğun Vəkilovun (f-no), Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin və Fikrət Əmirov adına 6 ¹li Onbirillik İncəsənət Məktəbinin şagirdlərinin ifalarında Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı səslənmişdir.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.