az | ru | en

17 sentyabr 2019
Niyazinin Mənzil Muzeyinin açılışının 25 illiyi




17 sentyabr 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin Mənzil Muzeyində açılışının 25 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü il sentyabrın 18-də muzeyin açılışındakı nitqinin videoyazısı ilə başlamışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Sonra Azərbaycan Respublikası Mədəniyyət Naziriliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova təbrik çıxışı etmişdir.
Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov muzeyin 25 illik fəaliyyəti haqqında danışmışdır.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovanın adından şöbə müdiri Arifə Zülfüqarova çıxış edərək muzeyin rəhbərliyinə və əməkdaşlarına fəxri fərman və pul mükafatları təqdim etmişdir.
Bədii hissədə pianoçu, Əməkdar artist Adilə Əliyeva, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Əməkdar artistlər, Elnur Zeynalov, Elxan Mansurov, Səbinə Vahabzadə, Tural Ağasıyev, Fərid Əliyev, solistlər Taleh Yahyayev, Nina Makarova, Rəvanə Əmiraslanlı, Nərgiz Ağayeva, Azərbaycan Televiziya və Radiosunun solistləri Ayan Tohidi, Bəsti Qasımovanın ifalarında geniş konsert proqramı təqdim olunmuşdur.
Tədbirdə muzeyin 25 illik fəaliyyətini əks etdirən slayd-şou və foyedə “Niyazinin Mənzil Muzeyi-25”fotosərgisi nümayiş olunmuşdur.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.