az | ru | en

13 sentyabr 2019
Arif Məlikov - 86




13 sentyabr 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı, akademik, professor Arif Cahangir oğlu Məlikovun anadan olmasının 86 illiyi münasibətilə tədbir keçirilmişdir.
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Şöbə müdiri Xanım Abdinova Arif Məlikovun zəngin yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri haqqında danışmışdır.
Sonra Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov, Əməkdar artist, pianoçu Adilə Əliyeva, Arif Məliikovun tələbələri - bəstəkarlar Pikə Axundova, Gülnarə Məmmədova, Əməkdar artist Elza Seyidcahan sevimli müəllimləri haqqında xatirələrini, ürək sözlərini tədbir iştirakçıları ilə bölüşdülər.
Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Bədii hissədə Azərbaycan Respulikasının Xalq artisti Gülnaz İsmayılova, Beynəlxalq Müsabiqələr laureatları Səidə Tağızadə, Bakı Musiqi Akademiyasının tələbəsi Elxan Niftiyev (f-no), Ziba Rəcəbli (alt), Tomris Hüseynova (f-no) və Əli Vahidov (f-no) Arif Məlikovun əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişlər.
Tədbirdə bəstəkarın “Məhəbbət əfsanəsi” baletindən, “Əbədiyyət” simfoniyasından, Fortepiano və simfonik orkestr üçün konsertindən videoyazılar nümayiş olunmuşdur.
Sonda Arif Məlikovun nəvəsi Aminə Məlikova tədbirin təşkilinə görə muzeyə dərin minnətdarlığını bildirdi.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.