az | ru | en

20 avqust 2019
Maestro Niyazinin doğum günü




20 avqust 2019-ci il tarixində SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Maestro Niyazinin 107 yaşı tamam oldu.
Maestro ömrünün yarım əsrdən çoxunu Azərbaycan musiqisinə, Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsinə və inkişafına həsr etmişdir. O, çox böyük ustalıqla iki böyük sənəti: dirijorluq və bəstəkarlıq sənətini bir simada birləşdirməyi bacarmışdır. Niyazi Azərbaycan bəstəkarlıq məktəbinin ilk nümayəndələri sırasında simfonik janra müraciət etmiş və Azərbaycan simfonizminin inkişafı prosesində mühüm rol oynayan bir sıra əsərlər yazmışdır. Onun “Xosrov və Şirin”operası, “Rast” simfonik muğamı, “Çitra” baleti və onlarla irili xırdalı əsərləri musiqi xəzinəmizin dəyərli inciləridir.
Bir dirijor kimi Niyazi bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yeni əsərlərin geniş təbliğində, beynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərmişdi.
20 avqust səhər saatlarında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyi və əməkdaşları görkəmli dirijor və bəstəkar, Niyazinin Fəxri Xiyabandakı məzarını və abidəsini ziyarət etmişlər. Daha sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Maestronun anadan olmasının 107-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Muzeyin elmi işçisi Əzirə Abdullayeva maestronun həyat və yaradıcılığından, musiqi mədəniyyətimizdə əvəzsiz xidmətlərindən danışmışdır.
Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, bəstəkar, Xalq artisti Azər Dadaşov, Əməkdar artist, pianoçu Adilə Əliyeva, Niyazinin qohumu Telman Ağdamski maestro haqqında xatirələrini və ürək sözlərini tamaşaçılaarla bölüşdülər.
Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbir Xalq artisti Ülviyyə Hacıbəyovanın, Beynəlxalq müsabiqələr laureatları Nəriman Əmiraslanov, Şirin Əmiraslanova, Arzu Hüseynovanın(f-no), vokalçılar Safura Aslanova, Fərid Tahiroğlu, Rüfət Piriyevin, Aydan Süleymanlı (violonçel), Tutu Məmmədli (f-no), Əli Vahidovun (f-no) ifalarında konsert proqramı ilə davam etmişdir.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.