az | ru | en

13 iyun 2019
15 İyun-Milli Qurtuluş Günü




13 iyun 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Teatr Muzeyi və Bakı Musiqi Akademiyası ilə birqə “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə konsert keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Muzeyin şöbə müdiri Xanım Abdinova Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən, hər zaman Azərbaycan mədəniyyətinə, incəsənətinə xüsusi diqqət və qayğısından danışmışdır.
Konsertdə muzeyin Qədim Musiqi Alətləri Ansamblının, Bakı Musiqi Akademiyasının və məktəb studiyanın, musiqi məktəblərinin tələbə və şagirdlərinin ifalarında Heydər Əliyevin sevə-sevə dinlədiyi Azərbaycan bəstəkarlarının və dünya klassiklərinin əsərlərindən ibarət musiqi proqramı təqdim olunmuşdur.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.