az | ru | en

4 iyun 2019
Azər Dadaşov adina Pianoçularin IV Beynəlxalq Müsabiqəsi




4 iyun 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Qara Qarayevin Ev Muzeyində Klassik Musiqi Həvəskarları Klubunda görkəmli bəstəkar, Azərbaycan Respublikasinin Xalq artisti, Baki Musiqi Akademiyasinin professoru Azər Dadaşov və “Azər Dadaşov adina Pianoçularin IV Beynəlxalq Müsabiqəsi”-nin qalibləri ilə görüş keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə “Bəstəkarlarla görüş” layihəsi çərçivəsində növbəti görüş Qara Qarayev bəstəkarlıq məktəbinin yetirməsi olan Azər Dadaşovla reallaşacaqdır.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Muzeyin şöbə müdiri Xanım Abdinova Azər Dadaşovun yaradıcılığı, Azərbaycan musiqisində, incəsənətində xidmətləri haqqında çıxış etmişdir.
Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova “Azər Dadaşov adına Pianoçuların Beynəlxalq Müsabiqəsi” – nin yaranma tarixi və işi haqqında çıxış etmişdir.
Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının və məktəb studiyasının müəllimi Nuranə Zeynalova Azər Dadaşovun yaradıcılığında fortepiano musiqisi haqqında çıxış etmişdir.
Bütün çıxışlar bəstəkarın həyat və yaradıcılıq yolunu işıqlandıran slayd-şou ilə müşayiət olunacaqdır.
Tədbirin bədii hissəsində “Azər Dadaşov adına pianoçuların IV Beynəlxalq müsabiqəsi”qaliblərinin ifalarında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunmuş, müəllif ifaları, video ifalar səslənmişdir.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.