az | ru | en

2 aprel 2019
A.S.Puşkinin 220 illiyinə həsr olunmuş konsert





2 aprel 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Rusiya Federasiyanın Azərbaycan Respublikasındaki Səfirliyi, Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə dahi rus şairi A.S.Puşkinin 220 illiyinə həsr olunmuş konsert və müsabiqənin növbəti mərhələsi keçirilmişdir.
Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşı, Azərbaycanda Rus Dilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Timofeyevna Yakunina, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova giriş sözü ilə çıxış etmişlər.
Bakı Dövlət Universitetinin tələbələrinin, Bakı Slavyan Universitetinin “Sfera” teatrının üzvlərinin və Bakı məktəblilərinin ifalarında A.S.Puşkin poeziyasından rəngarəng nümunələr və musiqi proqramı təqdim olunmuşdur.
Müsabiqə iştirakçılarının ifaları münsiflər heyəti: Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı, “Rus dünyası” Fondunun Bakı Dövlət Universiteti nəzdində Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova, “Günay” Uşaq Teatrının rəhbəri Larisa Viktorovna Tarusova tərəfindən qiymətləndirilmişdir.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.