az | ru | en

6 mart 2019
Məmmədağa Umudov - 70





6 mart 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovun anadan olmasının 70 illiyi münasibəti ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinnin şöbə müdiri Xanım Abdinova açmışdır.
Sonra Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova Məmmədağa Umudovun yaradıcılıq yolu haqqında çıxış etmişdir.
Tədbirdə bəstəkar, Xalq artisti Tofiq Bakıxanov, görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev, bəstəkar, Xalq artisti Azər Dadaşov, professor Arif Əsədullayev, bəstəkar, Əməkdar incəsənət xadimi Vasif Allahverdiyev Məmmədağa Umudova ürək sözləri, təbrikləri ilə çıxış etdilər. Çıxışlar bəstəkarın fəaliyyətini əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının müəllimləri Beynəlxalq Müsabiqələr laureatı Firuzə Nəcəfli, Respublika müsabiqəsi laureatı Gülnar Qurbanova, T.Quliyev adına musiqi məktəbinin şagirdi, Beynəlxalq Müsabiqə laureatı Mehin Zalıyeva Məmmədağa Umudovun əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişlər.
Sonda Məmmədağa Umudov tədbir iştirakçılarına minnətdarlığını bildirdi və Niyazinin Mənzil Muzeyinə yeni nəşrlərini hədiyyə etdi.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.