az | ru | en

15 mart 2019
Türk musiqi alətlərinin təqdimatı





15 mart 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edilmiş türk musiqi alətlərinin təqdimatı mərasimi keçirilmişdir.
Mərasimdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Türkiyə vətəndaşları - Türkiyə Respublikasının Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının başçısı Selçuk Akatın muzeyə 12 ədəd - cura, tütək, Qara dəniz kamançası, Qabaq Kamanı-Kırbız, qoşa-nağara, lavta, nefir, zurna, ney, sipsi və cümbüş (2 ədəd) türk musiqi alətlərini hədiyyə etdiyini qeyd etdi. Bu alətləri 2 ədəd cümbüş adlanan türk musiqi alətləri istisna olmaqla 10 ədədini musiqi alətləri ustası Feridun Obul hazırlamışdır. Sonra Azərbaycan Respublikasının Mədəniyyət Naziri Cənab Əbülfəs Qarayev çıxış etdi.
Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxış etmişlər. Tədbir zamanı Selçuk Akat daha 2 ədəd türk musiqi alətini muzeyə hədiyyə etmişdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər Munis Şərifov, Azərbaycan Respublikasının Xalq artisti, solist Nuriyyə Hüseynova, Azərbaycan Respublikasının Əməkdar artisti) Azərbaycan və türk musiqisindən ibarət konsert proqramı ilə çıxış etmişdir.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.