az | ru | en

1 mart 2019
Turan Manafzadə ilə görüş





01 mart 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filiallarından biri olan Niyazinin Mənzil Muzeyinin yaradılmasının 25 illiyinə həsr olunmuş “Dirijorlarla görüş” layihəsinin növbəti qonağı gənc pianoçu, dirijor, Əməkdar artist Turan Manafzadə olmuşdur.
Tədbiri giriş sözü ilə Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov açmışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova Turan Manafzadənin yaradıcılıq yolu və uğurları barədə çıxış etmişdir.
Sonra söz Turan Manafzadəyə verilmişdir. O, öz yaradıcılıq planlarından danışmış, tədbir iştirakçılarının suallarını cavablandırmış, dünya klassiklərinin əsərlərindən və öz bəstələrindən ibarət musiqi proqramı ilə çıxış etmişdir.
Turan Manafzadənin ilk musiqi müəllimlərindən biri, musiqişünas Sevinc İbrahimova, bəstəkar, Xalq artisti Azər Dadaşov, bəstəkar, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov öz ürək sözləri və musiqili ifaları ilə tədbirdə çıxış etmişlər.
Sonda Turan Manafzadənin atası, pianoçu, Əməkdar artist İslam Manafov maestro Niyazi ilə yaradıcılıq münasibətləri haqqında xatirələrini bölüşmüşdür. O, görüş iştirakçılarına, muzeyə minnətdarlığını bildirmiş və Turanla birgə musiqi ifası ilə çıxış etmişdir.
Görüş zamanı Turan Manafzadənin iştirak etdiyi konsertlərdən video fraqmentlər və slayd-şou nümayiş olunmuşdur.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.