az | ru | en

22 fevral 2019
“Xocalıya ithaf”





22 fevral 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalıya ithaf” tədbiri keçirilmişdir.
Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra muzeyin şöbə müdiri Xanım Abdinova “Xocalı faciəsi-tariximizin qan yaddaşıdır” mövzusunda çıxış etmişdir.
Bakı Musiqi Akademiyasının professoru Leyla Məmmədəliyeva (f-no), əməkdaşı Güllübəyim Məmmədova (vokal), tələbələri Gülşən Akın – İbadova (vokal), Aydan Rüstəmzadə (violonçel), Mədinə Süleymanzadə (f-no), Maqsud Musazadə (f-no), Azərbaycan Dövlət Musiqili Teatrının konsertmeysteri Arzu Hüseynova (f-no), Beynəlxalq Müsabiqələr laureatı Nurlan Cəfərov, Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin müəllimi Rəna Zəkiyeva (f-no), şagirdi Beynəlxalq və Respublika Müsabiqələri laureatı Pərvin Vəlizadə (tar) Xocalı şəhidlərinə ithaf olunmuş musiqi proqramı ilə çıxış etmişlər.
Çıxışlar Xocalı soyqırımını əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.