az | ru | en

5 fevral 2019
Eldar İsgəndərovla görüş


5 fevral 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Klassik Musiqi Həvəskarları Klubunda R.Babayev adına 25 saylı Uşaq Musiqi Məktəbi ilə birgə görkəmli violonçel ifaçısı, Xalq artisti, professor Eldar İsgəndərovla görüş keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə tədbiri açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Eldar İsgəndərovun yaradıcılıq yolu haqqında çıxış etmişdir.
Görüşdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, R.Babayev adına 25 saylı musiqi məktəbinin direktoru Əmirhüseyn Hüseynov, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar, Əməkdar incəsənət xadimi Elnara Dadaşova, Azərbaycanın Xalq artisti, bəstəkar Azər Dadaşov, Azərbaycanın Əməkdar Artisti, skripkaçı Leonid Barştak Eldar İsgəndərova ürək sözləri ilə çıxış etdilər. Bütün çıxışlar Eldar İsgəndərovun yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə Eldar İsgəndərov klub üzvlərinin suallarını cavablandırmış, yaradıcılıq planlarını tədbir iştirakçıları ilə bölüşmüşdür.
Görüş R.Babayev adına 25 saylı Uşaq Musiqi Məktəbinin şagirdlərinin, o cümlədən məktəbin kamera ansamblının, violonçel ansamblının və kiçik simfonik orkestrinin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam etmişdir.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.