az | ru | en

4 fevral 2019
İlk dəfə Qara Qarayevın doğum günü bəstəkarın ev muzeyində qeyd olunmuşdur.


4 fevral 2019-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə muzeyin filialı olan Qara Qarayevin ev muzeyində görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 101 illiyinə həsr olunmuş kitab təqdimatı və kamera-vokal konserti keçirilmişdir.
Təqdimat mərasimində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Qara Qarayev Ev Muzeyinin filial müdiri Züleyxa Bağırova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış etmişlər.
Sonra söz kitabın müəllifi musiqişünas alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovaya verilmişdir. O, Qara Qarayevin 100 illik yübileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunmuş “Qara Qarayevin “Yeddi gözəl” baleti. Səhnə həyatının tarixi” kitabını təqdim etmişdir. Təqdimat “Yeddi gözəl” baletinin Azərbaycan və dünya səhnələrində tamaşalarından videogörüntülərlə müşayiət olunmuşdur.
Kitabda "Yeddi gözəl" baletinin premyeradan günümüzə qədər səhnə həyatı təsvir edilir, tanınmış balet ustaları, dirijorlar, rəssamlar haqqında məlumatlar, həmçinin, səhnə əsəri ilə bağlı ötən illərdə çap olunmuş afişalar, proqramlar, tamaşalardan fotolar təqdim olunur.
Kitabda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxiv materiallarından istifadə olunmuşdur.
Tədbir konsert proqramı ilə davam etmişdir. Konsertdə Qara Qarayevin kamera-vokal əsərləri, o cümlədən əvvəllər məlum olmayan və səslənməyən əsərləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Fəridə Məmmədova, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova ifalarında təqdim olunmuşdur.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.