az | ru | en

11 dekabr 2018
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir


11 dekabr 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan xalqının ümumilli lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Milli mədəniyyətimizin himayədarı” mövzusunda çıxış etmişdir.
Bakı Musiqi Akademiyasının professoru, Azərbaycanın Xalq artisti Ülviyyə Hacıbəyova çıxış edərək Heydər Əliyevin Azərbaycan incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, onlara bəxş etdiyi ruh yüksəkliyindən danışmışdır. Sonra ümumilli liderin xatirəsinə ithaf etdiyi musiqi proqramı ilə cıxış etmişdir.
Tədbir “Heydər Əliyev-Azərbaycan mədəniyyətinin hamisi” sənədli filminin nümayişi ilə davam etmişdir.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.