az | ru | en

5 dekabr 2018
Gülxar Həsənova - 100


5 dekabr 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış edərək bildirdi ki, Gülxar Həsənovanın xatirəsi bizim üçün çox əzizdir. Onun Azərbaycan opera sənətinin inkişafında xidmətləri əvəzsizdir. O, dəfələrlə muzeyin tədbirlərində iştirak etmişdir. Tədbirin aparıcısı, muzeyin Xalq Çalğı Alətləri şöbəsinin müdiri Təranə Zeynalova Gülxar Həsənovanın həyat və yaradıcılıq yolu haqqında ətraflı danışmışdır. Onun çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur. Gülxar Həsənovanın ifaları olan video kadrlar nümayiş olunmuşdur.
Sonra Gülxar Həsənovanın ilk tələbələrindən olan - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti, Şöhrət ordenli xanəndə Səkinə İsmayılova, Gülxar Həsənova haqqında kitab və oçerklərin müəllifi yazıçı-publisist Mustafa Çəmənli, müğənninin qohumu Mayıl Əliyev ölməz sənətkar haqqında xatirələrini tamaşıçılarla bölüşmüşlər.
Bədii hissədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Əməkdar artistlər Elnur Zeynalov, Səbuhi İbayev, İlahə Əfəndiyeva və Elxan Mansurov, Afaq Ağayeva, Rəvanə Əmiraslanovanın, muzeyin Qədim Musiqi Alətləri Ansamblının solistləri, Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynovanın, Azərbaycan Milli Konservatoriyasının tələbələri Orxan Hüseynli, Fərid İsgəndərov və Hikmət Abdullayevin ifalarında konsert proqramı təqdim olunmuşdur.
Muzeyin direktoru Alla Bayramova Misir Ərəb Respublikasının Azərbaycandaki Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi tərəfindən Misir Ali Təhsil Nazirliyinin Fəxri medalını ansamblın solisti, Əməkdar artist Nuriyyə Hüseynovaya təqdim etdi.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.