az | ru | en

7 noyabr 2018
Tofiq Quliyev - 101


7 noyabr 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin xatirəsinə həsr olunmuş vokal musiqi axşamı keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov açmışdır.
Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Hüseynova və Bakı Akademiyasının nəzdində Məktəb Studiyasının elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova görkəmli bəstəkarın musiqi mədəniyyəti tarixindəki əvəzsiz xidmətləri, yaradıcılıq yolundan danışmışlar. Onların çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbir Bakı Musiqi Akademiyasının doktorantı, vokalçı Rüfət Piriyevin və Akademiyanın vokal kafedrasının laborantı, vokalçı Güllü Məmmədovanın ifalarında Tofiq Quliyevin sevilən mahnılarından ibarət rəngarəng konsert proqramı ilə davam edilmişdir.
Bakı Musiqi Akademiyasının professoru, Azərbaycanın Xalq artisti Xuraman Qasımova əvəzolunmaz Tofiq Quliyev haqqında danışmış, ifaçıları təbrik etmişdir.
Tədbirdə Binəqədi rayonu YAP-nın nümayəndəsi Sevinç Abdullayeva çıxış etmiş, Rüfət Piriyevə təşəkkürnamə təqdim etmişdir.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.